Cüdoçularımız Avropa Kubokunda komanda hesabında birinci yeri tutdular

Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutublar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat verilib.

Bildirilib ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 20 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. İkinci yarış günü oğlanlar arasında Sübhan Axundov (+90 kq.) qızıl medal, Səid Şərifov (-73 kq.), Amin Mehdiyev (-81 kq.) və Tunar Fərzəliyev (+90 kq.) bürünc medal qazanıb. Abdullah Rəhmətov (-81 kq.) 5-ci yerə, Məhəmməd Ağakişiyev (-73 kq.) və Səid Hüseynov (-90 kq.) 7-ci yerə çıxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More