Ərdoğan NATO rəhbəri ilə Ukrayna və Qəzzada nizamlanmanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukrayna və Qəzzadakı münaqişələrin həlli, eləcə də terrorla mübarizə məsələlərini müzakirə edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına əsasən məlumat yayıb.

Görüş zamanı, həmçinin Türkiyənin 2026-cı ildə NATO sammitini keçirməsi müzakirə edilib.

Qeyd olunur ki, görüşün gündəliyinə NATO müttəfiqləri ilə Türkiyə arasında müdafiə sənayesi üçün məhsulların satın alınmasında həmrəylik məsələləri də daxil edilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, Ərdoğanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Rutte “X”də (keçmiş “Twitter”) Türkiyə prezidenti ilə danışıqlardan sonra qeyd edib ki, “Getdikcə gözlənilməz bir dünyada Türkiyə NATO-ya əvəzsiz töhfə verir”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More