“Formula-1″ə yeni komanda qoşulur

“Formula-1” rəhbərliyi 2026-cı il çempionatında iştirak etmək üçün “General Motors” və onun “Cadillac” brendi ilə prinsipial razılığa gəldiyini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Liberty Media” məlumat yayıb.

“Formula-1″dən verilən açıqlamada bildirilir ki, “GM/Cadillac” kimi nəhəng ABŞ brendini çempionata gətirmək və GM-in gələcəkdə güc qurğusu istehsalçısı kimi çıxış etməsi idmana əlavə dəyər və maraq qata bilər.

“General Motors” rəhbərliyini və onların tərəfdaşlarını “Formula-1″də iştiraka hazırlıqda əhəmiyyətli irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. Biz 2026-cı ildə “Team Cadillac” üçün təklif prosesini davam etdirə bildiyimizdən məmnunuq”, – deyə F1-dən vurğulanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More