İsrailin milli təhlükəsizlik naziri Netanyahunun atəşkəs planını sərt tənqid etdi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkənin Baş naziri Benyamin Netanyahunun “Hizbullah”la atəşkəs imzalamaq niyyətini ciddi səhv adlandırıb.

Oxu.Az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri bunu özün “X” platformasındakı paylaşımında yazıb.

Ben-Qvir qeyd edib ki, indiki məqamda atəşkəsə razılaşmaq İranın dəstəklədiyi hərəkatın məhv edilməsi üçün yaranan tarixi fürsəti əldən vermək deməkdir.

O, B.Netanyahunu hazırda döyüş meydanında olan komandirləri dinləməyə və əməliyyatları dayandırmaq qərarından imtina etməyə çağırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More