Türkiyənin “Qalatasaray” futbol klubu mövsüm sonunda Mauro İkardi ilə müqaviləni uzatmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, şəxsi həyatında da problemlə üzləşən Mauro İkardi UEFA Avropa Liqasında “Tottenhem”lə oyunda zədələndiyindən bu həftə əməliyyat olunacaq.
“Qalatasaray” rəsmiləri müalicəsi başa çatdıqdan sonra Mauro İkardi ilə daha bir il müddətinə müqavilə imzalamaq istədiklərini bildiriblər.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm “sarı-qırmızılar”ın forması ilə çıxdığı 14 oyunda altı qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.