“Amazon”un baş ofisində axtarış aparılıb

Yaponiyanın hüquq-mühafizə orqanları ABŞ-nin “Amazon” şirkətinin Tokioda yerləşən baş ofisində axtarış aparıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya İctimai televiziyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Amazon” Yaponiyanın antiinhisar qanunlarını pozmaqda şübhəli bilinir.

İddiaya görə, “Amazon”un Yaponiyadakı törəmə şirkəti pərakəndə satıcıları öz mallarının qiymətlərini qəsdən digər oxşar onlayn platformalardan aşağı təyin etməyə məcbur edir.

Şirkət, həmçinin, pərakəndə satıcıları öz logistika xidmətlərindən istifadə etməyə məcbur etməkdə şübhəli bilinir, bunun müqabilində isə “Amazon Japan” öz saytında həmin şirkətlərin məhsullarını daha ön səhifədə yerləşdirir.

Yaponiya tərəfi iddia edir ki, şirkətin bu cür satış siyasəti ölkənin antiinhisar qanunlarını pozur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More