Azərbaycanın Xalq artisti VƏFAT ETDİ

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951-1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962-1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. 1968-1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.

1964-1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970-2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More