Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasında Belçikanın “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək IV tur matçına təyinat alıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.