Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam ediliblər.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.
Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.
Fotoda Samir Əliyev