Bakı Dövlət Universitetinin (BDU) Politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Fazil Vahidov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, o, 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F. Vahidov 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olub. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirib. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub.
1972-ci ildə “Ömər Faiq Nemanzadənin dünyagörüşü” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-2024-cü illərdə BDU-da müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1992-2006-cı illərdə isə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində dekan olub.
BDU-da fəaliyyət göstərdiyi dövrdə çoxsaylı təltif və mükafatlara layiq görülüb. 2019-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.