İstanbul nəhənglərindən sayılan “Beşiktaş” futbol klubu konqolu cinah müdafiəçisi Artur Masuaku ilə yolları ayırmaq qərarına gəlib.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müqaviləsinə xitam verilən 31 yaşlı cinah müdafiəçisi 2023-cü ildə İngiltərənin “Vesthem” klubundan altı milyon avroya transfer olunmuşdu.
Bu mövsüm “Beşiktaş” forması ilə 36 oyunda meydana çıxan Masuaki iki qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.