“Qalatasaray” klubunun belçikalı ulduz futbolçusu Dris Mertensin həyat yoldaşı Ket Kerkhofs futbolçunun Türkiyədən ayrılmaması üçün onu razı salıb.
Oxu.Az xəbər verir ki, Ket Kerkhofs Türkiyə mediasına açıqlamasında İstanbulu çox sevdiyini və Mertensin “Qalatasaray”da qalması üçün təsir göstərdiyini bildirib.
“Mertensin “Qalatasaray”la müqaviləsi ötən mövsüm başa çatmışdı. Mənə Belçikaya gedəcəyimizi dediyi anda çox üzülmüşdüm. Onu İstanbulda qalmağa razı saldım və uzun illər burada yaşamaq niyyətindəyəm” , – deyə Ket Kerkhofs vurğulayıb.