Lavrov: “Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır”

“Kollektiv Qərb Gürcüstanda rəngli inqilab başlatmağa çalışır”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDB iştirakçı dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı bildirib.

“Kollektiv Qərb daxili münaqişələri, gərginlik ocaqlarını təhrik edir, genişmiqyaslı informasiya müharibələrinin təşkilindən tutmuş hazırda Gürcüstanda etməyə çalışdıqları kimi birbaşa rəngli inqilabların başladılmasına qədər müxtəlif çirkli geosiyasi texnologiyalardan istifadə etməkdən çəkinmir”, – nazir deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Qərb qlobal Cənub və qlobal Şərq dövlətlərində daxili siyasi vəziyyəti destabilizə etmək üçün qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsindən fəal şəkildə istifadə edir.

“İş o yerə çatıb ki, qərblilər öz destruktiv geosiyasi planlarını həyata keçirmək üçün, o cümlədən MDB məkanında ekstremist qüvvələrin resurslarından istifadə edirlər”, – deyə Lavrov vurğulayıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More