Məşhur müğənni barəsində ev dustaqlığı qərarı ləğv edilib

Türkiyədə qanunsuz mərc oynamağı təşviq etdiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılan 16 şübhəlidən biri, məşhur müğənni Serdar Ortaçın ev dustaqlığı ləğv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “TGRT HABER” məlumat yayıb.

Məlumata görə, ifaçının vəkili ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət verib. Müraciəti qiymətləndirən məhkəmə Ortaçın ev dustaqlığını ləğv edib.

Qeyd olunur ki, sənətçinin məhkəməsi dekabrın 24-də İstanbul 25-ci Cəza Məhkəməsində başlayacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More