Milli Məclis gələn ilin dövlət büdcəsini birinci oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

“Report” xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.3% çox), xərclərinin isə 41 milyard 367.6 milyon manat (4.1% çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51.6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More