Amerikalı milyarder və sahibkar İlon Mask Pentaqondakı bürokratiyadan şikayətlənib.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində yazıb.
“Yüksəkrütbəli hərbi məmurlarla görüşdə onlar mənə bildirdilər ki, indi Pentaqonda pilləkənin təmiri (24 ay) 1940-cı illərdə bütün Pentaqonun tikintisindən (16 ay) daha çox vaxt aparır”, – deyə Mask narazılığını bildirib.