“Rəqəmsal hərəkat planetimizdəki bütün səmavi dinləri, xüsusilə də İslamı hədəf alaraq yeni bir süni din yaratmaq səyindədir”.
Oxu.Az-ın “A Haber”ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada VII Din Şurasında çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, bu süni din qlobal miqyasda artmaqdadır.
“Görülməsi lazım olan iş məlumdur – rəqəmsallaşan dünyada dini xidmətlər yenidən qiymətləndirilməlidir. Regionumuzda hər millətin, hər irqin birləşdirici gücü İslamdır. İslam varsa, türk, kürd, ərəb var, əxlaq var. Hamısından əlavə İslam varsa Türkiyə var”, – deyə o bildirib.