“Sabah”ın prezidenti Vasili Berezutskinin qarşısına qoyulan hədəflərdən danışdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubunun prezidenti Murad Adıgözəlov yeni baş məşqçi Vasili Berezutskinin qarşısına qoyulan hədəfləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Match TV” kanalına müsahibəsində Vasili Berezutskinin Azərbaycan klubuna baş məşqçi təyin olunduqdan sonra qarşısına qoyulan hədəflərin birinci mərhələsinin indiki uğursuz seriyanı aradan qaldırmaq və komandada inamı bərpa etmək olduğunu bildirib.

“Birinci mərhələ indiki uğursuz seriyanı aradan qaldırmaq və komandaya inamı bərpa etməkdir. Bundan əlavə, mövsüm üçün hədəflərimizi və gələcək üçün strategiyamızı müəyyənləşdirmişik. Bütün bunlar ətraflı müzakirə olundu və razılaşdırıldı”, – deyə M.Adıgözəlov bildirib.

Xatırladaq ki, “Sabah” hazırda 14 turdan sonra 19 xal toplayaraq Azərbaycan çempionatının cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bakılılar ardıcıl yeddi çempionat oyunudur ki, qələbə qazana bilmirlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More