Bəzi sosial şəbəkə platfromalarında açıq-aydın qumar oynanılır.
Xezerxeber.az-ın məlumatına görə, “TikTok” sosial platformasında yaşanan bu hadisə müzakirələrə səbəb olub.
Ölkədə bu cür təhlükənin qurbanına çevrilən şəxslərin sağalması üçün fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birinin rəhbəri Ceyhun Salmanovun sözlərinə görə, son vaxtlar müraciət edənlərin çoxu asılılıq yaradan qumarı məhz sosial şəbəkələrdə oynayıb.
Mərkəzin aparıcı mütəxəssisi Məmmədrza Qafarovun sözlərinə görə, qumarın qurbanına çevrilənlərin sayı demək olar ki, narkotik istifadəçilərindən daha çoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) ”Xəzər Xəbər”ə bildirilib ki, məsələ nəzarətə götürülüb.
Nazirlik vətəndaşlara bu kimi oyunlarda iştirak etməməyi tövsiyə edir.
Ətraflı süjetdə: