Yaşar Güler: “Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq”

“Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq”.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Güler Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.

Bölgədə terrorla mübarizə, bu istiqamətdə həyata keçirilən işlər və əldə edilən nailiyyətlər barədə danışan nazir Azərbaycan-Ermənistan nizamlanması məsələsinə də toxunub.

“Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu istiqamətdə iki ölkənin göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə daim can Azərbaycanın yanında olacağıq”, – deyə Yaşar Güler bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More