Aeroport yolundakı COP29 zolağında hələ də CƏRİMƏ YAZILIR?

Bakıda, aeroport yolunda, Binə körpüsündən şəhər istiqamətində COP29 nişanı çəkilmiş zolaqda avtomobillərin cərimələndiyi iddia olunub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Vətəndaş iddia edib ki, zolaqda avtobus yolu olduğunu bildirən hər hansı nişanın olmamasına və COP29 zolaqlarının artıq qüvvədən düşməsinə baxmayaraq, yol kənarında olan kameralar hələ də ətrafda olan avtomobilləri çəkir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ərazidəki nişanın götürüldüyünü təsdiqləyib.

“Ərazidə 5.9, avtobus zolağını bildirən yol nişan sökülüb”, – deyə məlumatda bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında həmin zolaqla hərəkət etdiyinə görə heç bir avtomobilin cərimə olunmadığını bildirib.

“Təəssüf hissi ilə bildiririk ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də avtomobillərini ümumi istifadədə olan avtobus dayanacağı meydançasında və ya 5.12 yol nişanlarından 15 metrdən az məsafədə saxlayırlar.

Avtobusların dayanacağa daxil olmasına maneə yaradaraq qaydaları pozan sürücülərlə bağlı isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2-ci maddəsinə uyğun olaraq, tədbirlər həyata keçirilir. Həmin sürücülər 40 manat məbləğində cərimə olunurlar”, – deyə R.Əhmədli qeyd edib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More