Bakıda dörd müntəzəm marşrut xətti üzrə iş saatları uzadılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 11, 43, 51 və 57 nömrəli müntəzəm marşrut xətlərinin iş saatlarını uzadır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, metronun “Həzi Aslanov” stansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-a qədər sərnişinlərə xidmət göstərəcək.

Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More