Motosiklet sürücüsü həm piyada keçidindən, həm də işıqforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.
“Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar”, – məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır.