HƏMAS ötən axşam İsraillə “Hizbullah” arasında atəşkəs razılaşmasının təsdiqlənməsindən sonra Qəzzada atəşkəsə hazır olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, AFP (Agence France-Presse) bu barədə HƏMAS hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.
“HƏMAS atəşkəs razılaşmasına və əsirlərin mübadiləsinə dair razılaşmaya hazırdır”, – deyə qruplaşmanın nümayəndəsi bildirib.
Xatırladaq ki, İsrailin Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.
Məlumata görə, atəşkəs noyabrın 27-də Bakı vaxtı ilə saat 06:00-da qüvvəyə minib.