Donald Trampı və ailəsini təhdid edən videoları internetdə yayan Arizona ştatının sakini Manuel Tamayo-Torres saxlanılıb.
Oxu.Az bu barədə “ABC News”a istinadən xəbər verib.
İstintaq qrupundan olan şəxs təhdidlərin birbaşa Donald Tramp və onun ailə üzvlərinə yönəldiyini təsdiqləyib.
Belə ki, Arizonadan olan şəxsin yayımladığı videolarda “Sən öləcəksən, sənin bütün ailə üzvlərin öləcəklər, sənin üzündə deşik açacağam” cümlələri öz əksini tapıb.
Tamayo-Torres odlu silah alarkən yalan məlumatlar verməkdə, həmçinin prezidenti hədələməkdə ittiham olunur.