İran generalı: “İsrailin təcavüzünə cavabımız fərqli olacaq”

“İsrailə növbəti cavabımız bu ölkənin rəhbərlərinin təsəvvür etdiyindən fərqli olacaq”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.

Onun sözlərinə görə, budəfəki cavab taktika, icra və tətbiq olunacaq silah növü baxımından təəccübləndirəcək.

“Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmənin təhdidlərinə sarsıdıcı və çəkindirici cavab vermək üzərində qurulub. İran ordusu istənilən səviyyəli təhlükə ilə mübarizə aparmağa hazırdır”, – deyə, general əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More