“Jaguar” şirkəti yanğın riski ilə bağlı 2 760 “I-Pace” model elektromobilini geri çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə “CarsCoops” məlumat yayıb.
Britaniyanın avtomobil istehsalçısı əvvəlki geriçağırma kampaniyaları zamanı problemin həllində uğursuzluqla üzləşib. İndi isə 2019-cu il istehsalı olan avtomobillər ABŞ-dəki sahiblərindən geri alınacaq.
Məsələ batareyaların həddindən artıq qızması və yanğın riskinin yüksək olması ilə bağlıdır. Şirkət öncəki kampaniyalarda proqram təminatını yeniləməklə problemi həll etməyə çalışıb. Lakin avtomobil sahibləri həddindən artıq qızma ilə bağlı şikayətlərini davam etdiriblər.
Avqust ayında “Jaguar” sürücülərə avtomobillərini binalardan uzaqda, açıq ərazilərdə park etməyi tövsiyə edib.
“CarsCoops”un məlumatına görə, proqram təminatının yenilənməsinə baxmayaraq, 2019-cu il istehsalı olan üç avtomobilin yanması qeydə alınıb.