Rusiya XİN: “COP29-da Qərb ölkələri məsuliyyətdən yayınmağa çalışırdılar”

“Bakıda keçirilən COP29-da inkişaf etmiş ölkələr iqlim məqsədlərini maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələr qarşısında hər hansı bir məsuliyyətin təsdiq edilməməsi üçün çalışırdılar”.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə BAKU TV-nin müvafiq sualını cavablandırarkən deyib.

“Qərbin üsullarından biri də Qlobal Cənubun böyük ölkələri, keçmişdə özləri müstəmləkəçilikdən əziyyət çəkmiş ölkələrin hesabına donorlar dairəsini genişləndirmək cəhdi olub. Burada söhbət neokolonializmdən gedir, onunla razılaşmırıq və mübarizə aparacağıq”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More