Rusiyalı futbolçu keçmiş həyat yoldaşı ilə mübahisələrindən danışdı: “Kompüterü başımda sındırdı”

Rusiya millisinin və Sankt-Peterburq “Zenit”inin keçmiş futbolçusu Andrey Arşavin keçmiş həyat yoldaşı Yuliya Baranovskayanın onun başında kompüter sındırdığını deyib.

Oxu.Az-ın xəbərinə görə, Arşavin bu barədə “Kartlar, pullar, iki top” adlı şou-proqramda danışıb.

“Yulka bir dəfə məni kompüterlə… Mən uzanmışdım, o gəldi və kompüteri başımda elə sındırdı ki…” – deyə o bildirib.

Arşavin və Baranovskaya doqquz il evli olub, 2012-ci ildə ayrılıblar. Onların üç övladı var.

Qeyd edək ki, 1999-cu ildə Arşavin “Zenit”də ən yüksək səviyyədə debüt edib. Sankt-Peterburq komandasında doqquz ildən sonra rusiyalı futbolçu Londonun “Arsenal” klubuna keçid edib. Arşavin dörd il ərzində İngiltərədə oynayıb. 2009-cu ilin aprelində o, liqada “Ayın oyunçusu” adını qazanıb.

2012-ci ildə icarə əsasında “Zenit”ə qayıdıb, bir ildən sonra isə tamhüquqlu müqavilə imzalayıb. 2015-ci ildə yarımmüdafiəçi “Kuban” klubunda çıxış edib. Arşavin karyerasını 2018-ci ildə Qazaxıstanın “Kayrat” klubunda başa vurub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More