Azərbaycanın “Şamaxı” klubu mövsümün əvvəlində transfer etdiyi İlkin Muradovla yolları ayırmaq qərarına gəlib.
Bu barədə Oxu.Az-a “Şamaxı” futbol klubunun Mətbuat Xidmətinin rəhbəri Yusif Hüseyn açıqlama verib.
O, futbolçu ilə danışıqların getdiyini deyib:
“Hazırda klub rəsmiləri futbolçu arasında bu mövzu müzakirə olunur. Əgər yolları ayırmalı olsaq, rəsmi olaraq açıqlama verəcəyik”.
Qeyd edək ki, Muradov bu yay Şamaxıya köçüb və bu mövsüm komandanın APL-də keçirdiyi 13 oyunun 12-də iştirak edib. O, əvvəllər “Zirə” və “Səbail”in rənglərini qoruyub.
Anar Həsənov