Türkiyənin Müdafiə naziri Yaşar Gülər bildirib ki, Vaşinqtonun məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-yə hələ də təhvil verilməyən F-35 qırıcılarını almaq üçün yenidən sorğu göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
“Orada 6 ədəd F-35 təyyarəmiz var. İndi bizim nə etdiyimizi görüblər, “Kaan” münasibəti dəyişib. Təyyarələri göndərə biləcəklərini deyirlər. Biz də onlara F-35 almaq təklifini yenidən göndərmişik”, – deyə nazir bildirib.