Ulduz basketbolçunun məsuliyyətsizliyi klubunun 100 min dollar cərimələnməsinə səbəb olub

Milli Basketbol Assosiasiyası (NBA) “Atlanta Houks” klubunu basketbolçusu Trey Yanqın “Boston Seltiks”lə oyunda meydana çıxmadığı üçün 100 min dollar cərimələyib.

Oxu.Az xəbər verir ki, Milli Basketbol Assosiasiyası (NBA) rəhbərliyi noyabrın 12-də keçirilən qarşılaşmada Treyin səbəbsiz yerə meydana çıxmadığını müəyyənləşdirib.

NBA-nın açıqlamasında “Atlanta Houks”un liqada basketbolçuların iştirakı siyasətini pozduğu bildirilib.

Qeyd edək ki, təşkilatın yeni Kollektiv Müqaviləsinə (CBA) əsasən, komandalara oynamaq imkanı olan basketbolçulara istirahət vermək hüququna qadağa qoyulub. Yeni siyasət azarkeş marağı və televiziya reytinqi səbəbindən yürüdülüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More