Portuqaliyanın “Benfika” klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında (ÇL) məhsuldar ötürmə sayında Lionel Messini geridə qoyub.
Oxu.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi buna Fransa təmsilçisi “Monako”ya səfərdə qalib gəldikləri matçda (3:2) nail olub.
Argentinalı oyunçu sözügedən qarşılaşmada iki assistlə yadda qalıb. Qitənin bir nömrəli klub turnirindəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdıran Di Mariya həmyerlisi Lionel Messini (40) qabaqlayıb.
Hazırda ÇL-də 42 assistlə rekordçu Kriştianu Ronaldudur.
Qeyd edək ki, Anxel Di Mariya cari mövsüm bütün yarışlarda meydana çıxdığı 16 görüşdə səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.