Binənin Atçılıq massivindəki dəmir körpü götürüldü – SƏBƏB

Xəzər rayonunun Binə qəsəbəsinin Atçılıq massivində kanalın üzərində illərlə mövcud olan dəmir körpünü götürüb yerini dəyişiblər.

Xezerxeber.az-ın məlumatına görə, gün ərzində təxminən minə yaxın binə sakini bu körpüdən keçir.

Sakinlərin iddiasına görə, dəmir körpünün 4 tona yaxın ağırlığı var. Onu kanalın üzərində cəmi 4 ədəd mişar daşı saxlayır.

Sakinlər bildiriblər ki, avtobus dayanacağı, marketlər, dükanlar kanalın bu biri tərəfində yerləşdiyindən, mənzil sakinləri mütəmadi olaraq körpüdən istifadə edirlər.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi ilə əlaqədar məsələ sabah araşdırılacaq.

Ətraflı süjetdə:

Binənin Atçılıq massivindəki dəmir körpü götürüldü – SƏBƏB







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More