Malayziyada güclü daşqınlar səbəbindən 37 mindən çox insan təxliyə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə krallığın Baş naziri Ənvər İbrahim bildirib.
“Altı ştatda daşqınlardan zərər çəkənlərin sayı 11 385 ailə olmaqla 37 189 nəfərə çatıb”, – deyə nazir qeyd edib.
Təbii fəlakət Malayziyanın altı ştatını – Kelantan, Trenqanu, Kedah, Perlis, Cohor və Perakı əhatə edib. Zərərçəkənlər üçün 322 müvəqqəti təxliyə mərkəzi təşkil edilib.