Vanda Nara bu yaxınlarda İkardiyə qarşı “gender əsaslı zorakılıq” ittihamı ilə futbolçunu məhkəməyə verib. Boşanma prosesində olan cütlük haqqında, demək olar ki, hər gün yeni bir iddia ortaya atılır. Son dedi-qodu isə İtaliya mətbuatından gəlib.
Oxu.Az xəbər verir ki, Mauro İkardi ona boşanmasında köməklik edən vəkili Ancela Burqosla eşq yaşayır.
İkardi və Burqos İtaliya mətbuatında əks olunan bu iddialarla bağlı heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Mauro İkardi və Vanda Nara iyul ayında ayrılmaq qərarına gəliblər.