Ərəb (Arabica) qəhvəsinin qiyməti artmaqda davam edir.
Oxu.Az -ın xəbərinə görə, bu barədə “Trading Economics” məlumat yayıb.
Belə ki, çərşənbə günü Nyu-Yorkda ticarət zamanı fyuçerslərin qiyməti 3%-dən çox bahalaşıb və 0,45 kq üçün 3,22 dollara çatıb.
Bu, ən azı 1972-ci ildən bəri ən yüksək səviyyədir.
Bu ilin əvvəlindən ərəb qəhvəsi ABŞ-də təxminən 70%, İngiltərədə isə 85% bahalaşıb.