Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Goranboy rayonunun Nadirkənd sakini Şəhriyar Cəlilov noyabrın 17-də Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub.

Onun meyiti Ukrayna tərəfinin nəzarət etdiyi ərazidə qaldığı üçün çıxarmaq mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl İsmayıllı rayon sakini, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Sadiq İsayev Rusiya-Ukrayna müharibəsində həlak olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More