Cəbrayıl sakini: “Çatan kimi torpağımı bağrıma basacağam”

“Cəbrayıl şəhərində anadan olmuşam, orada yaşamışam, ömrümün çoxu – uşaqlığım, cavanlığım orada keçib. 30 illik həsrətdən sonra yenidən qayıdıram. Söz vermişəm, çatan kimi torpağımı bağrıma basacağam. Cəbrayılıma qurban olum. O qədər sevinirəm ki, heç danışa da bilmirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Yusif Kərimov deyib.

O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 40 ailə – 200 nəfər dogma yurduna köçürülüb.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More