İntim əlaqəyə girmək istədi, qatil oldu

Süpürgəçi ona yaxşılıq edən qadının qatili oldu.

Fəridə (şərti ad) həbsxanadan çıxandan sonra obyektlərin birində süpürgəçi kimi işləyirdi. Mina (şərti ad) isə hər gün onun işlədiyi obyektin qarşısından keçir və Fəridəni görür.

Bir gün o, Fəridəyə yaxınlaşır və ona “səni müşahidə etmişəm, yaxşı qadına oxşayırsan. Bu işlərin başını burax, gedək, mənim evimdə qal. Onsuz da mən də tək yaşayıram. Sən həm mənə baxarsan, həm də birlikdə yaşayarıq. Bunun əvəzində də mən sənə pul ödəyərəm”, – deyir.

Fəridə onunla razılaşır.

Yolda Mina Fəridəyə həyatından, övladlarının ona qarşı laqeyd münasibətindən, istəklərindən danışır. Fəridə Minanı dinləyir və qarşıda onu nələrin gözlədiyini düşünür.

Mina evdə Fəridəyə hər şeyi göstərir və ondan rahat olmasını xahiş edir. Növbəti gün Fəridə Minaya səhər yeməyi hazırlayır, ona qulluq etməyə başlayır. Mina ona ilk dəfədir belə xoş gün keçirdiyini və qayğısına kiminsə qaldığını deyir.

Daha sonra söhbət əsnasında Mina Fəridəyə “mənə yaxşı baxsan, mənzili sənə bağışlayacağam”, – deyir. Bu sözlər Fəridəyə ümidverici səslənir.

Növbəti gün günorta saatlarında Mina şəhərin mərkəzində yaşayan qohumlarıgilə qonaq gedir. Fəridə bu boşluqdan istifadə edərək şəhərə yollanır.

O, şəhərdə sevgilisi Rəşad (şərti ad) ilə görüşür. Daha sonra sevgilisini yaşadığı evə aparan Fəridə mənzilin tezliklə onun olacağını deyir. Rəşad Fəridəyə yaxınlaşmaq istəyəndə qəfildən Mina evə qayıdır. Bu zaman Rəşad və Fəridə özlərini itirirlər. Rəşad özünü Fəridənin qardaşı kimi qələmə verməyə çalışsa da, Mina ona inanmır və qolundan tutub dərhal mənzildən çıxmasını tələb edir. Beləliklə, Rəşad mənzili tərk edir.

Mina Fəridəyə artıq ona mənzil bağışlamayacağını deyir və “ya qalıb insafla işləyəcəksən, ya da birdəfəlik buradan gedəcəksən”, – deyir.

Həmin axşam Fəridə özünü təhqir olunmuş, alçaldılmış, aldanmış hiss edir və bunlara dözməmək qərarına gəlir.

Fəridə Minanın yatmağını gözləyir. Gecə saat 3-də Minanın otağına daxil olur və əlində olan çəkiclə onun alın nahiyəsinə ard-arda 10-dan artıq zərbə vuraraq qadını qətlə yetirir.

Səhər açılandan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşır. Çox keçmir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən o, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilir.

İntim əlaqəyə girmək istədi, qatil oldu







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More