İsrail Müdafiə Qüvvələrinin komandanlığı ölkənin silahlı qüvvələrinin tarixində ilk dəfə olaraq döyüş əməliyyatında qadın hərbçilərin iştirakına icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, atəşkəsdən bir neçə gün əvvəl 595-ci kəşfiyyat batalyonunun bir qrup qadın əsgəri Livanın cənubunda, Suriya ilə sərhədə yaxın bölgəyə yerləşdirilib.
Onların vəzifələrinə kəşfiyyat məlumatlarının toplanması, hədəflərin müəyyən edilməsi və Livanla sərhəddə artilleriya və hava atəşinin tənzimlənməsi daxildir.