Josep Borrel: “Avropa çoxdan dünyanın mərkəzi deyil”

“Avropa artıq çoxdan dünyanın mərkəzi deyil, onun hazırkı vəziyyəti kövrəkdir”.

Oxu.Az-ın məlumata görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel RNE radiostansiyasına müsahibəsində danışıb.

“Avropalılar dünyanın mərkəzi olduqlarını düşünməyə davam edə bilməzlər, çünki bu belə deyil, biz artıq çoxdan mərkəz deyilik. Biz dünya əhalisinin 5%-ni təşkil edirik, qlobal iqtisadiyyatda çəkimizi itirmişik. Qabaqcıl sahələrdə əhəmiyyətli texnoloji geriliyimiz, çox aşağı doğum səviyyəmiz, çox zəif müdafiəmiz var”, – deyə diplomat əlavə edib.

Onun fikrincə, Ukraynada münaqişə Aİ üçün oyanış siqnalı olub.

“Amma söhbət təkcə oyanmaqdan deyil, həm də qalxıb işə başlamaqdan gedir, çünki zəmanə çətindir və Avropanın vəziyyəti kövrəkdir”, – deyə Borrel bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More