Kobaxidze: “Aİ səfiri ritorikasını dəyişməzsə, Gürcüstan tədbirlər görəcək”

“Gürcüstan hakimiyyəti, Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa və ritorikasını dəyişməzsə, diplomatik tədbirlər görəcək”.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu respublikanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ səfiri uzun müddətdir müxalifətin xeyrinə və Gürcüstan hakimiyyətinə qarşı bəyanatlar verir, bu isə Vyana Konvensiyasının pozulmasıdır.

“Müəyyən müddət biz bütün bunlara reaksiya vermədik, lakin hər şeyin bir həddi var. Əgər gələcəkdə davranış dəyişikliyini görməsək, həm Aİ səfiri, həm də digər səfirlərə münasibətdə belə faktlara mütləq reaksiyamız olacaq. Söhbət diplomatik reaksiyadan gedir”, – deyə Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı xatırladıb ki, Qerçinski seçkiqabağı dövrdə Gürcüstan hakimiyyətini şantaj edib, kurslarını dəyişməsələr, Aİ-nin onlara pul ayırmayacağını deyib, həmçinin gürcüləri 26 oktyabr parlament seçkisində müxalifətə səs verməyə çağırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More