“Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin “Ferents Puşkas” mükafatına namizəd olub.
“Report” qurumun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi beynəlxalq yoldaşlıq matçında baş tutan Əlcəzair – CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.
Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.