Vəzifəyə yeni təyin olunan müdir məhkəməyə verildi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Vaqif oğlu Kərimov barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 5281-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə tərtib olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, işə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edilərsə, idarə müdiri min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnə bilər.

Xatırladaq ki, Elçin Vaqif oğlu Kərimov oktyabrın 30-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri təyin edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More