“Halk” ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi

Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.

Prosport.az-ın xəbərinə görə, tanınmış cüdoçu sabah Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.

34 yaşlı, “Halk” ləqəbli idmançı “Atilla” İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq.

Qeyd edək ki, Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.

O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More