Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.
APA-nın məlumatına görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı (2022-ci il təvəllüdlü) T. B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.
Həkimlərin intensiv terapiya cəhdlərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.