Kanada ABŞ ilə sərhədin mühafizəsini gücləndirəcək

Ottava ABŞ-yə qeyri-qanuni miqrasiya axınını azaltmaq üçün sərhəd nəzarəti tədbirlərini gücləndirəcək.

Oxu.Az xəbər verir ki, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan CBC telekanalına müsahibəsində əvvəllər şimaldan gələn bütün mallara 25% ticarət rüsumu tətbiq edəcəyini vəd edən yeni seçilmiş ABŞ Prezidenti Donald Trampla ölkənin Baş naziri Castin Trüdonun görüşünü şərh edib.

“Onlar (Tramp və Trüdo) enerji təhlükəsizliyi, boru kəmərləri, dünyadakı münaqişələr, Çin, həmçinin rüsumların tətbiqi təhlükəsi, sərhəddəki cari fəaliyyətlərimiz və görməyi planlaşdırdığımız əlavə tədbirləri müzakirə ediblər”, – deyə o bildirib.

Leblan əlavə edib ki, yeni nəzərəçarpan addımların növbəti həftələrdə atılması planlaşdırılır. “Biz əlavə pilotsuz uçuş aparatları, əlavə polis helikopterləri, əlavə sərhəd xidməti şəxsi heyətini yerləşdirməyi planlaşdırırıq”, – deyə nazir qeyd edib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More