ABŞ-də 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib

ABŞ-nin Nyu-York ştatında 17 yaşlı hokkeyçi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat verib.

Bildirilir ki, qarşılaşma zamanı huşunu itirən idmançı buzun üzərinə yıxılıb.

İdman zalında hokkeyçiyə ilkin tibbi yardım göstərilib, daha sonra isə o, xəstəxanaya aparılıb. Həkimlər idmançının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettenin xatirəsinə həsr olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More