AFFA Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cəzalandırıb

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XV tur çərçivəsində keçirilən görüşlərdən sonra beş komandanı qaydalara riayət etmədiyi üçün cəzalandırıb.

Oxu.Az xəbər verir ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Tovuz təmsilçisinə xəbərdarlıq edilib.

Bundan başqa “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun dörd futbolçusu sarı vərəqə aldığına görə Gəncə şəhər təmsilçisi 700 manat dəyərində cərimə olunub.

“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “gənclər şəhəri”nin təmsilçisi 700 manat cərimələnib.

“Neftçi” – “Qarabağ” oyununda meydan sahibləri bir sıra qaydaları pozduqlarına görə ümumilikdə 2800 manat dəyərində cəzalandırılıblar.

“Neftçi” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “köhlən atlar” 1500 manat cərimə olunublar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More